Azad edilmiş ərazilərdə kənd təsərrüfatı təyinatlı torpaqların icarəyə verilməsi üzrə müsabiqəsi elan edilir

Baş səhifə

Bakı. Trend:

Azərbaycanın azad edilmiş ərazilərində kənd təsərrüfatı
təyinatlı torpaqların sahibkarlıq subyektlərinə icarəyə verilməsi
üzrə investisiya müsabiqəsi üzrə müraciətlərin (ərizələrin)
qəbuluna başlanılır.

Bu barədə Trend Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər
verir.

Məlumata görə, torpaqların müsabiqə ilə sahibkarlıq
subyektlərinə icarəyə verilməsi Azərbaycan Respublikası
Prezidentinin 2024-cü il 27 noyabr tarixli 236 nömrəli Fərmanı ilə
təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş
ərazilərində kənd təsərrüfatı təyinatlı torpaqların sahibkarlıq
subyektlərinə icarəyə verilməsi üzrə investisiya müsabiqələrinin
keçirilməsi Qaydaları”na əsasən həyata keçiriləcək.

Müsabiqədə iştirak üçün müraciət edən sahibkarlıq subyektləri
tərəfindən aşağıdakılar nəzərə alınmalıdır:

İnvestisiya layihəsinin həyata keçiriləcəyi torpaq sahələri




s.s

Rayon adı

Sahə

İstiqamət

Məlumat

qeyd

1

Xocavənd

4368 ha

Bağçılıq

Köhnə bağ yerləri və ətrafında olan əkinə yararlı ərazilər əlavə
edilməklə müəyyənlədirilmiş massiv sahələr – 4368 ha, 83 parsel

2

Xocalı

1500 ha

Bağçılıq

Köhnə bağ yerləri və ətrafında olan əkinə yararlı ərazilər əlavə
edilməklə müəyyənlədirilmiş massiv sahələr – 1500 ha, 32 parsel

3

Laçın

1008 ha

Heyvandarlıq və Bağçılıq

Laçın rayonunun Minkənd, Qarakeçdi və Kamallı kəndləri arasında
yerləşən massivdə heyvandarlıq üçün – 775 ha, 2 parsel

Bağçılıq üçün bağ yerlərinin ətrafındakı ərazilərlə – 233 ha,6
parsel

İcarə müddəti: İcarə müqaviləsi ilkin olaraq 5 (beş) il
müddətinə imzalanır. Həmin müddətin sonunda Qaydalara uyğun olaraq
həyata keçirilən nəzarət tədbirlərinə əsasən, müsabiqə qalibinin
Qaydaların və icarə müqaviləsinin tələblərinə əməl etdiyi (o
cümlədən torpaqlardan səmərəli istifadə etdiyi) müəyyən edildikdə,
icarə müqaviləsinin müddəti əlavə 44 (qırx dörd) ilədək
uzadılır.

  • İnvestisiya layihəsinin istiqaməti: (bağçılıq və
    heyvandarlıq);
  • Ərizə qəbulunun başlanma vaxtı: (1 sentyabr, 2025-ci il, saat
    09.00)
  • Ərizə qəbulunun bitmə vaxtı: (15 oktyabr, 2025-ci il saat
    18.00)
  • Ərizələrin qəbul ediləcəyi informasiya sistemi: Elektron Kənd
    Təsərrüfatı İnformasiya Sistemi (EKTİS – eagro.az)

Təqdim olunacaq investisiya layihəsində nəzərə alınmalı olan
məlumatlar və tələblər (şərtlər):

  • layihənin məqsədləri və mərhələli şəkildə icra müddəti
    göstərilməklə, layihənin təşkilati planı (o cümlədən istehsal və
    maliyyə planları)
  • satış bazarının xarakteristikası (o cümlədən istehsal ediləcək
    məhsulların xarici bazarlara çıxış imkanları);
  • məşğulluğun təmin edilməsi ilə bağlı həyata keçiriləcək
    tədbirlər, yaradılacaq iş yerləri, habelə layihənin icrası zamanı
    yerli resurslardan (yerli işçi qüvvəsindən (işğaldan azad edilmiş
    kəndlərdə və qəsəbələrdə məskunlaşan və yaşayan şəxslərdən), mal,
    iş və xidmətlərdən) istifadə edilməsi;
  • layihənin həyata keçirilməsi zamanı aqrar sığorta sisteminin
    tətbiq edilməsi;
  • istehsal üçün tələb olunan avadanlıq haqqında məlumatlar (o
    cümlədən məhsulun saxlanılması üçün elevatorlar (taxıl siloları) və
    soyuq hava depoları);
  • layihə ilə bağlı növbəti illərdə kreditə tələbatın dövrlər üzrə
    bölgüsü (aylar və illər üzrə ehtiyac olan kredit məbləğlərini
    göstərən qrafik);
  • layihə üzrə risklərin qiymətləndirilməsi;
  • layihənin icrasının ətraf mühitə, torpaqların münbitliyinə
    mənfi təsirlərinin qarşısının alınması, ekoloji risk səviyyəsinin
    azaldılması üçün həyata keçiriləcək tədbirlər, habelə yaşıl
    texnologiyaların tətbiq edilməsi;

Qeyd edilib ki, bağçılıq sahəsi üzrə təqdim olunacaq investisiya
layihələri (biznes-plan) minimum 20 hektar sahəni əhatə etməli və
qaydalarda nəzərtə tutulan tələblərə cavab verməlidir
(https://e-qanun.az/framework/58341).

Bildirilib ki, müsabiqədə iştirak etmək istəyən sahibkarlar
EKTİS_də qeydiyyatdan keçməli, “Müraciətlərim” bölümündə
“Müsabiqədə iştirak” seçməli, investisiya layihələri ilə yanaşı
aşağıdakı sənədləri EKTİS-ə daxil edərək, müraciətini
tamamlamalıdır:

  • İştirakçının şəxsiyyətini təsdiq edən sənədin surəti, qeydiyyat
    ünvanı, VÖEN-i və vergi ödəyicisi kimi uçota alınması haqqında
    digər məlumatlar, əlaqə nömrələri, elektron poçt ünvanı;
  • hüquqi şəxslər üzrə əlavə olaraq dövlət reyestrindən çıxarışın,
    onun nümayəndəsinin səlahiyyətini və şəxsiyyətini təsdiq edən
    sənədlərin surətləri;
  • ərizəçinin oxşar layihələrin icrası sahəsində təcrübəyə malik
    olması, habelə idarəetmə imkanlarına, biliklərə, innovasiyaya,
    texnologiyalara və ya onların hazırlanması və ya cəlb edilməsi
    imkanlarına malik olması barədə özünün hazırladığı məlumat və
    təsdiqedici sənədlər;
  • ərizəçinin Azərbaycan Respublikasında vergilər və digər icbari
    ödənişlər üzrə vaxtı keçmiş öhdəliklərinin və riskli vergi
    ödəyicisi olmaması barədə təsdiqedici sənədlər;
  • ərizəçinin son maliyyə ili üzrə maliyyə hesabatı, habelə azı
    son 12 aylıq dövrü əhatə edən bank dövriyyəsi barədə bank (banklar)
    tərəfindən verilmiş arayış (cari ildə fəaliyyətə başlama halında –
    maliyyə vəziyyəti barədə hesabat və bank dövriyyəsi barədə bank
    tərəfindən verilmiş arayış, bütün fəaliyyət dövrünü əhatə
    etməklə);
  • müsabiqədə iştirak haqqının ödənildiyini təsdiq edən
    sənəd;
  • İnvestisiya Komissiyanın yerləşdiyi ünvan, telefon nömrələri və
    elektron poçt ünvanı;
  • AZ 1025, Bakı şəhəri, Xətai rayonu, Süleyman Vəzirov küçəsi,
    91
  • Əlaqə nömrələri: (012) 498-08-44, 498-89-14
  • Elektron poçt: [email protected]
  • Fax: (012) 498-64-49
  • müsabiqədə iştirak haqqının məbləği: hər iştirak üzrə 50
    manat
  • müsabiqədə iştirak haqqının köçürüləcəyi müvafiq bank
    hesabı