Qanunsuz reklamların yayımı ilə bağlı dövlətə müraciətlər artıb

Baş səhifə

Bakı. Trend:

Bu ilin yanvar-avqust ayları ərzində qanunsuz reklamların yayımı
ilə əlaqədar Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət
Agentliyi tərəfindən 100 müraciətə baxılıb.

Bu barədə Trend agentliyə istinadən xəbər verir.

Məlumata əsasən, baxılmış müraciətlərin sayında ötən ilin
müvafiq dövrü ilə müqayisədə 19% artım qeydə alınıb. Belə ki,
2024-cü ilin yanvar-avqust ayları ərzində Antiinhisar və İstehlak
Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən 84 müraciətə
baxılmışdı.




Bildirilib ki, müraciətlərin 44-ü xidmət, 13-ü ticarət, 12-si
ictimai iaşə, 9-u qeyri-qida, 2-si qida, 2-si dərman vasitələri və
tibbi avadanlıqlar, 1-i tütün məmulatları, 17-si isə digər sahələrə
aid olub.

“Reklam fəaliyyətinin qanunvericiliyin tələblərinə uyğun həyata
keçirilməsi istehlakçıların mal və xidmətlər barədə düzgün məlumat
əldə etməsini təmin edir, sahibkarların ədalətli rəqabət şəraitində
fəaliyyət göstərməsinə imkan yaradır”, – deyə məlumatda qeyd
edilib.