Bakı. Trend:
2022-ci ilin martında Azərbaycan və İran arasında imzalanmış
Hökumətlərarası Anlaşma Memorandumuna əsasən, Araz çayı üzərində
inşası davam edən Ağbənd-Kəlalə yeni avtomobil körpüsü regionun
strateji nəqliyyat infrastrukturunun mühüm hissəsinə
çevriləcək.
Trend-in
məlumatına görə, bunu Azərbaycan Respublikası Baş nazirinin müavini
Şahin Mustafayev Rusiya Federasiyası və İran İslam Respublikası
nümayəndələri ilə keçirilən üçtərəfli görüşdə çıxışı zamanı
deyib.
Baş nazirin müavini bildirib ki, Araz dəhlizinin vacib
komponenti olan körpünün tikintisinin bu ilin sonunadək, müvafiq
sərhəd-gömrük infrastrukturu ilə birlikdə isə gələn ilin birinci
rübündə yekunlaşdırılması nəzərdə tutulub.

