
Bakı. Trend:
Şimal-Cənub Nəqliyyat Dəhlizinin vacib komponenti olan və İranın
Astara şəhərində yerləşən Azərbaycan Dəmir Yollarına məxsus Cənub
Yük Terminalının tikintisi yekunlaşmaq üzrədir.
Trend-in
məlumatına görə, bunu Azərbaycan Respublikası Baş nazirinin müavini
Şahin Mustafayev Rusiya Federasiyası və İran İslam Respublikası
nümayəndələri ilə keçirilən üçtərəfli görüşdə çıxışı zamanı
deyib.
Baş nazirin müavini xatırladıb ki, 2023-cü ilin dekabrında
Azərbaycan-İran sərhədində Astaraçay çayı üzərində yeni avtomobil
körpüsü və sərhəd-keçid məntəqəsi istismara verilib.

