Azərbaycan İran və Rusiya arasında investisiya layihələrinin reallaşdırılması üçün iş aparılmalıdır – Şahin Mustafayev

Baş səhifə

Bakı. Trend:

Ölkələrimiz arasında iqtisadi-ticari əməkdaşlığın bərabərhüquqlu
və qarşılıqlı fayda prinsipləri əsasında təşviqi zəruridir. Bununla
yanaşı investisiya layihələrinin reallaşdırılması üçün davamlı
olaraq əlverişli şəraitin yaradılması məqsədilə iş
aparılmalıdır.

Trend-in
məlumatına görə, bunu Azərbaycan Respublikası Baş nazirinin müavini
Şahin Mustafayev Rusiya Federasiyası və İran İslam Respublikası
nümayəndələri ilə keçirilən üçtərəfli görüşdə çıxışı zamanı
deyib.

Ş.Mustafayev bildirib ki, Azərbaycan Respublikası, İran İslam
Respublikası və Rusiya Federasiyası Prezidentlərinin 2016-cı il 8
avqust tarixli Bəyannaməsinin və 2017-ci il 1 noyabr tarixli Birgə
Bəyanatının iqtisadi əməkdaşlıq, təhlükəsiz və etibarlı regional və
beynəlxalq nəqliyyat dəhlizlərinin inkişaf etdirilməsi və
energetika sahəsində layihələrin həyata keçirilməsi baxımından
müstəsna rolu var.

“Zirvə toplantıları ilə yanaşı, ölkələrimiz arasında 2022-ci
ildə Bakı şəhərində Azərbaycan, Rusiya Baş nazirlərinin müavinləri
və İranın yol və şəhərsalma nazirinin iştirakı ilə görüş
keçirilib”, – deyə Baş nazirin müavini vurğulayıb.