Sudanın El Faşer şəhərinin üsyançılar tərəfindən atəşə tutulması nəticəsində həlak olan dinc sakinlər arasında azı 17 uşaq var.
“Report”un məlumatına görə, bu barədə BMT-nin Uşaq Fondu (UNICEF) məlumat yayıb.
“UNİCEF-ə daxil olan məlumatlara görə, Əl Faşerdə (Şimali Darfur) Dar-əl-Ərqəm köçkün mərkəzinə edilən hücum nəticəsində azı 17 uşaq – doqquz qız və səkkiz oğlan, o cümlədən yeddi günlük körpə həlak olub. Daha 21 uşaq yaralanıb”, – təşkilatın açıqlamasında bildirilir.
Ən son xəbərləri bizim “Facebook” səhifəmizdə izləyin

