Fransanın yeni hökumət tərkibi açıqlanıb

Baş səhifə

Bakı. Trend:

Fransanın baş naziri Sebastien Lekornu yeni hökuməti
formalaşdırıb.

Trend-in məlumatına görə, bu barədə “BFMTV” televiziya kanalı
Yelisey Sarayına istinadən bildirib.




Məlumata əsasən, Jan-Noel Barrot xarici işlər naziri vəzifəsini
saxlayıb, keçmiş əmək və səhiyyə naziri Ketrin Votrin silahlı
qüvvələr naziri, Paris polisinin prefekti Loran Nunes isə daxili
işlər naziri təyin edildi. İqtisadiyyat və Maliyyə, Sənaye və
Rəqəmsal Suverenlik naziri Rolan Leskür və Ədliyyə naziri Jerald
Darmanin də öz vəzifələrində qalıblar.