Bakı. Trend:
ABŞ prezidenti Donald Tramp Çinlə ticarət gərginliyinin artması
fonunda bildirib ki, Vaşinqton Pekinə zərər vermək yox, kömək etmək
istəyir.
Trend-in məlumatına görə, bu barədə ABŞ prezidenti “Truth
Social” sosial şəbəkəsində yazıb.
“Çin üçün narahat olmayın, hər şey yaxşı olacaq”, – deyə o
bildirib.
O qeyd edib ki, Çin prezidenti Si Tszinpin “ölkəsi üçün
depressiya istəmir, mən də istəmirəm”.
“ABŞ Çinə zərər vermək yox, kömək etmək istəyir”, – deyə Amerika
lideri əlavə edib.

