Göyçayda taxta sexində güclü yanğın olub – FOTO

Baş səhifə

Göyçayda taxta sexində yanğın hadisəsi baş verib.

APA-nin Şirvan bürosu xəbər verir ki, ilkin məlumata əsasən yanğın rayon mərkəzində yerləşən taxta sexlərindən birində qeydə alınıb.

Dərhal əraziyə FHN-nin Göyçay yanğından mühafizə hissəsinin əməkdaşları cəlb olunub.

Hazırda ərazidə işlər davam etdirilir. Yanğının hansı səbəbdən baş verdiyi araşdırılır.