
Göyçayda güclü yanğın hadisəsi baş verib.
“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə rayon ərazisində yerləşən yeşik sexində qeydə alınıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Göyçay Rayon Dövlət Yanğından Mühafizə hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində zəruri işlər həyata keçirilir.
Ən son xəbərləri bizim “Facebook” səhifəmizdə izləyin

