Fələstinli məhbuslar Qəzza razılaşması çərçivəsində İsrailli girovlar geri qayıtdıqdan sonra azad ediləcək.
“Report” xəbər verir ki, bu barədə İsrail hökumətinin nümayəndəsi Şoş Bedrosyan brifinqdə bildirib.
“Sabah (13 oktyabr – red.) azadlığa buraxılması planlaşdırılan bütün girovlarımızın sərhədi keçərək İsraildə olduqlarına dair təsdiqi alan kimi fələstinli məhbuslar azad ediləcəklər”, – nümayəndə vurğulayıb.
Onun sözlərinə görə, İsrail girovların qayıtması barədə təsdiqi alana qədər fələstinli məhbuslar artıq avtobuslara yerləşdiriləcək. “Təsdiq alan kimi avtobuslar yola düşəcək”, – o əlavə edib.
Ən son xəbərləri bizim “Facebook” səhifəmizdə izləyin

