Keyptaunda çox böyük mübarizə ilə bu tədbiri Azərbaycanda keçirmək hüququ əldə etdik – Sənan Hacıyev

Baş səhifə

Bakı. Trend:

Azərbaycanda dünyanın 100-ə yaxın ölkəsinin hakimlər
assosiyasının birləşdirilən Beynəlxalq Hakimlər Assosiasiyasının
(IAJ – International Association of Judges) 67-ci Baş Assambleyası
keçirilir.

Trend xəbər
verir ki, bu fikirləri Azərbaycan Hakimlər İttifaqının sədr müavini
Sənan Hacıyev Beynəlxalq Hakimlər Assosiasiyasının Baş
Assambleyanın açılış mərasimində jurnalistlərə açıqlamasında
bildirib.

O, qeyd edib ki, bu Assambleyasının Azərbaycanda keçirilməsi
ölkəmizin artan nüfuzunu göstərir:




“Azərbaycanda son illərdə məhkəmə hüquq islahatları həyata
keçirilir. Xüsusən məhkəmə hakimiyyətinin müstəqilliyinin təmin
olunması istiqamətində son iki ildə aparılmış islahatlar xüsusən
beynəlxalq hakim ictimaiyyəti tərəfindən yüksək
qiymətləndirilir”.

Sənan Hacıyev vurğulayıb ki, ötən il Keyptaunda çox böyük
mübarizə ilə, bir çox dövlətlərin etirazına baxmayaraq gizli
səsvermə yolla bu tədbiri Azərbaycanda keçirmək hüququ əldə etdik.
Tədbirin Azərbaycanda keçirilməsi ölkəmizdə həyata keçirilən
islahatların, reallıqları, mədəniyyətimizin dünyada tərənnüm olması
baxımından çox önəmlidir.