Prezident İlham Əliyev: Bu gün Beynəlxalq Hakimlər Assosiasiyası beynəlxalq dialoq və əməkdaşlıq məkanı rolunu oynayır

Baş səhifə

Bakı. Trend:

Özündə 100-ə yaxın ölkənin milli hakimlər assosiasiyalarını
birləşdirən Beynəlxalq Hakimlər Assosiasiyası yarandığı gündən bəri
hakimlərin müstəqilliyinin müdafiəsi, qanunun aliliyinin
möhkəmləndirilməsi, ədalət mühakiməsinin keyfiyyət və
səmərəliliyinin artırılması istiqamətində mühüm təşəbbüslərə imza
atmış vacib təsisata çevrilib.

Trend xəbər verir ki, bu
fikir Prezident İlham Əliyevin Beynəlxalq Hakimlər Assosiasiyasının
67-ci illik iclasının iştirakçılarına ünvanladığı müraciətdə yer
alıb.

Bu gün Beynəlxalq Hakimlər Assosiasiyası, eyni zamanda, hüquqi
dövlət quruculuğunun əsas dayaqlarından biri olan məhkəmə
sisteminin təkmilləşdirilməsi üçün beynəlxalq dialoq və əməkdaşlıq
məkanı rolunu oynayır.