Hacıqabulda iki yük maşını toqquşub, ölən və yaralanan var – FOTO

Baş səhifə

Hacıqabulda iki yük maşını toqquşub, ölən və yaralanan var.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistralının Qaras və Padar kəndlərindən keçən hissəsində baş verib.

“AzəriMed” QSC-yə məxsus “Mercedes Atego” markalı yük avtomobili arxadan “KamAZ” markalı avtomobilə çırpılıb. Nəticədə “Mercedes Atego”-nun sürücüsü Bakı sakini, 1994-cü il təvəllüdlü Sadıqov Sadıq Vasif oğlu hadisə yerində ölüb. Sərnişin Goranboy sakini, 1987-ci il təvəllüdlü Asanov Aslan Mikayıl oğlu Şirvan xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.