Pirallahıda triatlon üzrə ölkə çempionatı keçirilib

Baş səhifə

Bakı. Trend:

Pirallahıda yerləşən Nərəkənd parkında Gənclər və İdman
Nazirliyi və Azərbaycan Triatlon Federasiyasının təşkilatçılğı ilə
triatlon üzrə ölkə çempionatı keçirilib.

Azərbaycan Triatlon Federasiyasından Trend-ə verilən məlumata
görə, yarışda müxtəlif yaş qruplarından olan 100-dən çox peşəkar və
yeniyetmə idmançı mübarizə aparıb.

Yarışda uşaqlar super sprint məsafəsində (375 metr üzgüçülük, 8
kilometr velosiped və 2 kilometr qaçış) güclərini sınayıblar.
Böyüklər isə sprint məsafəsində (750 metr üzgüçülük, 20 kilometr
velosiped və 5 kilometr qaçış) çıxış ediblər.




Kişilər arasında Əli Rzazadə qalib olub. Tamerlan Musayev gümüş,
Tural Atakişiyev bürünc mükafata sahib çıxıblar.

Qadınların mübarizəsində isə Leyla Abduləzizova 1-ci, Klara
Maresçova 2-ci yeri tutub.

Qaliblərə medallar və pul mükafatı verilib.