İspaniyanın Kralı Əlahəzrət VI Felipeyə

Baş səhifə
İspaniyanın Kralı Əlahəzrət VI Felipeyə

İspaniya Krallığının milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir və ən xoş arzularımı çatdırıram.

Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost İspaniya xalqına daim əmin-amanlıq, rifah və firavanlıq arzulayıram.