Avropa İttifaqı xarici sərhədlərdə yeni “Giriş/Çıxış Sistemi”ni tətbiq edir

Baş səhifə

Bakı. Trend:

Avropa İttifaqına üzv ölkələr oktyabrın 12-dən etibarən xarici
sərhədlərdə “Giriş/Çıxış Sistemi” (EES) adlı yeni elektron nəzarət
mexanizmini tətbiq etməyə başlayacaqlar.

Trend xəbər verir
ki, sistem Aİ-yə qısamüddətli səfərlər (istənilən 180 günlük dövrdə
90 günədək) edən şəxslərin elektron qeydiyyatını təmin edəcək.

EES-in mərhələli şəkildə, təxminən altı ay ərzində tam
fəaliyyətə başlaması planlaşdırılır. Bu müddət ərzində üzv
dövlətlər öz sərhəd-keçid məntəqələrində sistemin tətbiqinə
müstəqil şəkildə qərar verəcəklər.




Yeni sistem pasportlara ştamp vurulması praktikasını ləğv
edərək, bu məlumatların elektron qaydada qeydiyyatı ilə əvəz
olunmasını nəzərdə tutur.

Avropa Komissiyası bildirir ki, bu yanaşma sərhəd xidmətlərinə,
nəqliyyat sektoruna və səyahət edənlərə yeni qaydalara uyğunlaşmaq
üçün vaxt qazandıracaq.