ABŞ “Boeing” üçün Çinlə ticarət məhdudiyyətləri tətbiq edə bilər – Tramp

Baş səhifə

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, Vaşinqton “Boeing”
şirkətinə ixrac nəzarəti tətbiq edə və Çinə təyyarə hissələrinin
tədarükünü məhdudlaşdıra bilər.

Trend xəbər verir
ki, bu barədə “Reuters” məlumat yayıb.




Amerika liderinin sözlərinə görə, bu addım Pekinin ABŞ sənayesi
üçün vacib olan nadir torpaq metallarının ixracını məhdudlaşdırmaq
qərarına cavab kimi atıla bilər.

Tramp Ağ Evdə jurnalistlərin sualına cavab verərkən
bildirib:
“Bizim çox imkanlarımız var, o cümlədən ən vacibi – təyyarələr.
Çində çoxlu sayda ‘Boeing’ var və onların hissələrə, eləcə də bir
çox başqa şeylərə ehtiyacı var”.