UEFA dünya və Avropa çempionatlarının seçim sistemini dəyişməyi planlaşdırır

Baş səhifə

Bakı. Trend:

Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) dünya və Avropa
çempionatları üçün seçim prosedurunu dəyişdirmək niyyətindədir.

Trend xəbər verir
ki, bu barədə “The Times” qəzeti məlumat yayıb.

Bildirilib ki, UEFA oyunların yayım hüquqlarının satışından əldə
edilən gəlirin azalmasından narazıdır və təsnifat mərhələlərinin
formatını yeniləməyə hazırlaşır.




Təşkilat Millətlər Liqasını dünya və ya Avropa çempionatının
seçmə mərhələsinin bir hissəsi kimi istifadə etməyi nəzərdən
keçirir. Bundan əlavə, İsveçrə modeli əsasında vahid liqa
cədvəlinin tətbiqi variantı da müzakirə olunur.

Qeyd edək ki, Avropa klublar turnirlərində bu model artıq ötən
mövsümdən tətbiq edilir.