“Paramount” Avropada bir neçə “MTV” kanalını bağlayacaq

Baş səhifə

Bakı. Trend:

Amerika media şirkəti “Paramount” 2025-ci ilin sonuna kimi
Avropada bir neçə “MTV” kanalının fəaliyyətini dayandırmağı
planlaşdırır.

Trend xəbər verir
ki, bu barədə “Broadband TV News” məlumat yayıb.




Məlumata görə, şirkət Böyük Britaniyada “MTV Music”, “MTV 80s”, “MTV 90s”, “Club MTV” və “MTV Live” kanallarını bağlamağı
planlaşdırır. Bağlanma 31 dekabr 2025-ci il tarixinə nəzərdə
tutulub. Bununla belə, əsas “MTV” kanalı (MTV HD) fəaliyyətini
davam etdirəcək.

Hesabatda qeyd olunur ki, bu qərar “xətti musiqi kanallarının
auditoriyasında uzunmüddətli azalma tendensiyasını” əks etdirir,
çünki izləyicilər getdikcə daha çox “YouTube” və “TikTok” kimi
platformalarda musiqi videolarına baxmağa üstünlük verirlər.