Bakı. Trend:
Meksikanın mərkəzi və sahil bölgələrini bürüyən güclü daşqınlar
nəticəsində ölənlərin sayı 31 nəfərə çatıb.
Trend xəbər verir
ki, bu barədə “El Universal” qəzeti məlumat yayıb.
Ən çox insan tələfatı Hidalqo ştatında qeydə alınıb – burada 18
nəfər həlak olub. Daha doqquz nəfər Pueblada, üç nəfər Verakruzda,
bir nəfər isə Queretaroda həyatını itirib.
Təbii fəlakət genişmiqyaslı dağıntılara və elektrik enerjisinin
kəsilməsinə səbəb olub. Verakruz ştatının Poza Rika şəhərində su
səviyyəsinin bəzi yerlərdə üç metri keçdiyi bildirilir.
Rəsmilərin məlumatına görə, yüzlərlə ev zədələnib, onlarla körpü
və yol dağılıb. Bir neçə kənddə rabitə və elektrik təchizatı bərpa
olunmayıb.

