
Bakı.Trend:
Özbəkistan Respublikasının Səmərqənd vilayətində keçiriləcək “Birlik – 2025” birgə regional təlimində iştirak edəcək Azərbaycan
Ordusunun bir qrup hərbi qulluqçusu bu ölkəyə yola düşüb.
Trend xəbər
verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, Azərbaycan, Qazaxıstan, Tacikistan, Qırğızıstan
və Özbəkistan respublikalarından komando və PUA heyətlərinin
iştirak edəcəyi birgə regional təlimin məqsədi iştirakçı ölkələrin
hərbi qulluqçularının antiterror əməliyyatlarında peşəkarlıqlarının
daha da artırılması, regionda dayanıqlı sülhün qorunması və
qarşılıqlı təcrübə mübadiləsinin aparılmasıdır.
“Birlik – 2025” birgə regional təlimi oktyabrın 21-dək davam
edəcək

