Azərbaycanda çay istehsalı azalıb, idxal və ixrac isə artıb

Baş səhifə

Bakı. Trend:

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 7 788 ton çay
istehsal edilib.

Trend bu
barədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.

Bildirilib ki, çay istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə
5,2% və ya 428,7 ton azalıb.

Sentyabrın 1-i vəziyyətinə ölkədə hazır məhsul ehtiyatı 84,9 ton
təşkil edib.




Eyni zamanda 2025-ci ilin ilk 8 ayında Azərbaycandan 4,5 milyon
ABŞ dolları dəyərində 492 ton çay ixrac edilib. Çay ixracı ötən
ilin müvafiq dövrü ilə müqayisədə dəyər ifadəsi ilə 90 min ABŞ
dolları və ya 2%, miqdar baxımından isə 3 ton və ya 0,6% artıb.

Bununla yanaşı, bu ilin yanvar-avqust aylarında Azərbaycana 54,5
milyon ABŞ dolları dəyərində 8 861 ton çay idxal edilib ki, bu da
illik müqayisədə dəyər ifadəsi ilə 4 milyon ABŞ dolları və ya 8%
artıb, miqdar baxımından isə 902 ton, yaxud da 9,2% azalıb.

Qeyd edək ki, bu ilin ilk 8 ayında Azərbaycana idxal olunan çay
ümumi idxalın 0,36%-ni, ölkədən ixrac olunan çay isə ümumi ixracın
0,03%-ni təşkil edib.