AMB-nin maliyyə savadlılığı portalı zənginləşdiriləcək

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Mərkəzi Bankının (AMB) maliyyə savadlılığı portalı
zənginləşdiriləcək.

Trend-in
məlumatına görə, mövcud Maliyyə Savadlılığı Portalı
(bizimpullar.az) və Virtual Təhsil Platforması (edu.e-cbar.az)
əsasında Vahid Platformanın yaradılıb istifadəyə verilməsi işləri
aparılacaq.

Layihə “Azərbaycan Respublikası Mərkəzi Bankının 2024-2026-cı
illərdə maliyyə sektorunun inkişaf Strategiyası”na uyğun olaraq
həyata keçiriləcək.




Belə ki, AMB artıq bununla bağlı müvafiq işlərə start verib.

Tənzimləyici qurum sözügedən işlərin icrasının 273,3 min manata
başa gələcəyinin proqnozlaşdırıb.