
Bakı. Trend:
Paytaxtın Xəzər və Qaradağ rayonlarındada iki nəfərin bank
kartından oğurluq edilib.
Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən
məlumat verilib.
Məlumata görə, rayon sakinləri polisə müraciət edərək
kartlarından pul vəsaitlərinin talandığını bildiriblər.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə
şübhəli bilinən 64 yaşlı A.Mansurov və 31 yaşlı E.Süleymanov
saxlanılıblar.
Araşdırmalar davam etdirilir.

