Bərdədə iki avtomobili toqquşub, xəsarət alanlar var.

Baş səhifə
Bərdədə iki avtomobili toqquşub, xəsarət alanlar var

Bərdə rayonunda iki minik avtomobili toqquşub, xəsarət alanlar var.

“Report”un Qarabağ bürosu xəbər verir ki, yol-nəqliyyat hadisəsi Bərdə-Yevlax yolunda qeydə alınıb.

Məlumata görə, həmin yolda hərəkətdə olan “VAZ-21062 və “Infiniti” markalı nəqliyyat vasitələri toqquşub. Hadisə nəticəsində avtomobillərdə olan sərnişinlər arasında xəsarət alanların olduğu bildirilir.

Faktla bağlı araşdırma başlanıb