
Bakı. Trend:
Misirdə keçiriləcək mərasimə bir çox ölkə liderləri qatılacaq və
atəşkəsin davam edəcəyini düşünürəm, hər kəs müharibədən
yorulub.
Trend xarici
KİV-ə isinadən xəbər verir ki, ABŞ prezidenti Donald Tramp bunu Ağ
Evdə dərman qiymətlərinin azaldılmasına dair keçirdiyi mətbuat
konfransından sonra Qəzzə gündəmi ilə bağlı verilən sualları
cavablandırarkən bildirib.
“Düşünürəm ki, bazar ertəsi səhər saatlarında Knessetdə çıxış
edəcəm, daha sonra isə Misirə gedəcəm. Bundan əlavə, dünyanın hər
yerindən bir çox liderlər dəvət olunub,” – deyə o əlavə edib.
Tramp Qəzzada başlayan atəşkəsin təkcə İsrail və Fələstin üçün
deyil, həm də bütün region ölkələri və dünya üçün “yaxşı bir
hadisə” olduğunu vurğulayıb.
“Atəşkəsin davam edəcəyini düşünürəm. Hər kəs müharibədən
yorulub. Unutmayın, 7 oktyabr dəhşətli bir gün idi — 1200 nəfər
öldürüldü, amma HƏMAS da 58 min nəfər itirdi. Bu, böyük bir qisas
idi. İnsanlar bunu anlayır. Məncə, hamı artıq müharibədən
yorulub”,- deyə ABŞ prezidenti qeyd edib.


