Bakı. Trend:
“Real Madrid”in hücumçusu və Fransa yığmasının kapitanı Kilian
Mbappe zədə səbəbindən DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində
İslandiya ilə oyunu buraxacaq.
Trend-in
məlumatına görə, bu barədə “AFP” agentliyi məşqçilər korpusuna
istinadən bildirib.
Məlumata əsasən, Mbappe oktyabrın 10-da Azərbaycanla ev oyununda
sağ topuq nahiyəsindən aldığı zədə səbəbindən oktyabrın 13-də
keçiriləcək oyunda iştirak etməyəcək. Oktyabrın 4-də futbol üzrə
İspaniya çempionatının səkkizinci turu çərçivəsində “Vilyarreal”la
oyunda o, eyni zədəni alıb.

