Avstraliyada təyyarə qəzaya uğrayıb, 3 nəfər ölüb

Baş səhifə

Bakı. Trend:

Avstraliyanın şərq sahilində, Şellharbor hava limanı
yaxınlığında yüngül mühərrikli təyyarə qəzaya uğrayıb.

Trend-in məlumatına görə, bu barədə Yeni Cənubi Uels ştatının
polisi bildirib.

Məlumata əsasən, hadisə nəticəsində üç nəfər ölüb.




Bildirilib ki, qəza yerli vaxtla saat 10:00 radələrində
Şellharbor hava limanı yaxınlığında baş verib.

Qeyd olunub ki, təyyarə hava limanından qalxdıqdan dərhal sonra
yerə çırpılıb və yerə çırpıldıqdan sonra alovlanıb.

Hadisə yeri polis əməkdaşları tərəfindən mühasirəyə alınıb,
hadisənin səbəbləri ilə bağlı araşdırma aparılır.