Bakı. Trend:
Meksikada aramsız yağışlar çayların məcrasından çıxmasına səbəb
olub. Hazırda 32 ştatdan 31-də intensiv yağış yağır.
Trend-in
məlumatına görə, bu barədə “Reuters” Mülki Müdafiə təşkilatına
istinadla məlumat yayıb.
Ən ağır vəziyyət Verakruz və Hİdalqo ştatlarındadır. Təbii
fəlakət azı 23 nəfərin həyatına son qoyub. Ölənlərin sayının
artacağı istisna edilmir.

