Tramp Cənubi Koreyada Si Cinpinlə görüşəcəyini istisna etmir

Baş səhifə

Bakı. Trend:

ABŞ prezidenti Donald Tramp Pekinlə çətin ticarət əlaqələrinə
baxmayaraq, bu payızın sonunda Çin prezidenti Si Cinpinlə görüşə
biləcəyini ehtimal edib.

Trend-in məlumatına görə, bu barədə ABŞ prezidenti Ağ Evdə
jurlanistlərə deyib.

“Mən orada olacam. Və düşünürəm ki, bəlkə görüş baş tutacaq”, –
deyə D.Tramp Ağ Evdə jurnalistlərə 2025-ci il oktyabrın 31-dən
noyabrın 1-dək Cənubi Koreyada keçiriləcək APEC sammitindən
danışarkən deyib.




Tramp həmçinin Çinə qarşı ixraca nəzarət tədbirləri tətbiq edə
biləcəyi barədə xəbərdarlıq edib.

“Mən daha çox tədbir görə bilərəm – bu, təyyarələrə,
təyyarələrin ehtiyat hissələrinə aid ola bilər”, – deyə o qeyd
edib. Xüsusilə, Tramp vurğulayıb ki, Çin fəal şəkildə “Boeing”
şirkətindən təyyarə alır və “onların ehtiyat hissələrinə ehtiyacı
var”.