
“Mançester Yunayted” “Yuventus”un türk ulduzu Kənan Yıldızı transfer etmək istəyir.
Metbuat.az xəbər verir ki, İngiltərə nəhəngi futbolçunu mövsümün sonunda heyətinə cəlb etmək istəyir. İddialara görə, futbolçu “Mançester Yunayted”in transfer siyahısında ilk sıralardadır. Bildirilir ki, “Çelsi” və “Arsenal” klubları da futbolçunun xidmətində maraqlıdır. “Mançester Yunayted” “Yuventus”a 90 milyon avro təklif etməklə rəqiblərini geridə qoymaq istəyir.
Məlumata görə, “Yuventus” isə Kənan Yıldızı klubda saxlamaqda qərarlıdır. Klubun gənc ulduzla yeni müqavilə danışıqlarını davam etdirdiyi bildirilir.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

