Bakı. Trend:
İspaniya milli komandasının heyətində ciddi itki baş verib.
Trend xəbər
verir ki, “Barselona”nın futbolçusu Dani Olmo sıradan çıxıb. Bu
barədə yerli federasiyanın rəsmi saytı məlumat yayıb.
27 yaşlı hücumameyilli yarımmüdafiəçidə əzələ zədəsi aşkarlanıb.
O, müalicə olunmaq üçün klubunun düşərgəsinə qayıdıb.
Qeyd edək ki, İspaniya seçməsi DÇ-2026-nın seçmə mərhələsi
çərçivəsində oktyabrın 11-də Gürcüstanı, 3 gün sonra isə
Bolqarıstanı qəbul edəcək.

