Bahrom Əşrəfxanov: Füzulidəki məscid müsəlman dünyasının qardaşlıq və birliyinin rəmzidir

Baş səhifə
Bahrom Əşrəfxanov: Füzulidəki məscid müsəlman dünyasının qardaşlıq və birliyinin rəmzidir

Füzulidəki məscidin təməlqoyma mərasimi təkcə dini binanın tikintisinin başlanğıcını deyil, həm də müsəlman dünyasının qardaşlıq, dostluq və birliyini təcəssüm etdirir.

“Report” xəbər verir ki, bunu Özbəkistanın Azərbaycandakı səfiri Bəhrom Əşrəfxanov Füzulidə məscidin təməlqoyma mərasiminə həsr olunmuş brifinqdə bildirib.

Onun sözlərinə görə, Türkmənistanın qardaş Azərbaycan xalqına hədiyyə etdiyi məscid mənəvi dəyərlərin və qarşılıqlı həmrəyliyin parlaq nümunəsidir.

“Türkmənistanın bu nəcib addımı mədəni, dini və tarixi əlaqələrimizin ümumiliyini bir daha təsdiqləyir”, – səfir bildirib.

B.Əşrəfxanov vurğulayıb ki, Özbəkistan Azərbaycanın səmimi dostu və tərəfdaşı kimi azad edilmiş ərazilərin bərpası prosesində iştirak edir.

“Biz Fizulidə ümumtəhsil məktəbinin tikintisini fəxrlə həyata keçiririk və buna görə də bugünkü hadisənin mənəvi əhəmiyyətini dərindən dərk edirik”, – səfir qeyd edib.