Bakı və Zaqatalada yaşıllıqlara 135 560 manat ziyan dəyib

Baş səhifə

Bakı. Trend:

Son bir həftə ərzində keçirilən nəzarət tədbirləri zamanı Bakı
şəhəri və Zaqatala rayonunun inzibati ərazilərində yaşıllıqların
qanunsuz kəsilməsi halları aşkar olunub.

Bu barədə Trend-ə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən
məlumat verilib.




Bildirlib ki, araşdırma zamanı Bakı şəhəri Xətai rayonu Xəqani
Rüstəmov küçəsi və 8 Noyabr prospekti, Yasamal rayonu Şəfaət
Mehdiyev küçəsi, Xəzər rayonu Qala-Pirallahı avtomobil yolunun
kənarında və Zaqatala rayonu Əliabad qəsəbəsi ərazisində ağacların
qanunsuz kəsilməsi nəticəsində yaşıllıqlara 135 560 manat
məbləğində ziyan dəydiyi müəyyən edilib.

Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət
tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün
toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilməsi üçün
hazırlanır.