Türkmənistanın hədiyyə etdiyi məscidin məhz Füzulidə tikilməsi Qarabağın Azərbaycan Respublikasına aid olmasının bir sübutudur.
APA xəbər verir ki, bunu Türkmənistanın Bakıdakı səfiri Qurban Elyasov ölkəsinin Füzuli şəhərində Azərbaycan xalqına hədiyyə etdiyi məscidin təməlqoyma mərasimi münasibətilə keçirilən brifinqdə deyib.
Səfir məscidin təməl qoyma mərasiminin bütün türk dövlət başçılarının iştirakı ilə keçirilməsini türk dünyası üçün çox vacib tarixi hadisə olduğunu bildirdi.
“Düşünürəm ki, gələcəkdə bu məscid bir növ türk dövlətlərinin dostluğunun, qardaşlığının simvoluna çevriləcəkdir”- Elyasov qeyd edib.

