Emre Belözoğlunu o əvəz edəcək

Baş səhifə

Bakı. Trend:

Türkiyənin “Antalyaspor” klubunun yeni baş məşqçisi
müəyyənləşib.

Trend xəbər
verir ki, Super Liqa təmsilçisini Erol Bulut çalışdıracaq.




50 yaşlı mütəxəssislə razılıq əldə olunub. Onunla 2 illik
müqavilə imzalanacaq.

Qeyd edək ki, “Antalyaspor” Emre Belözoğlu ilə yollarını ayırıb.
Erol Bulutun son iş yeri isə “Kardiff Siti” olub.