Deputat: Bəzən vəkillər yanlış informasiyalar yaymaqla müdafiə etdikləri şəxslərə bəraət ala biləcəklərini düşünürlər

Baş səhifə
Deputat: Bəzən vəkillər yanlış informasiyalar yaymaqla müdafiə etdikləri şəxslərə bəraət ala biləcəklərini düşünürlər

Bəzən vəkillər mətbuatda düzgün olmayan informasiyalar yayırlar, bununla müdafiə etdikləri şəxslərə bəraət ala biləcəklərini düşünürlər.

“Report” xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov parlamentin bugünkü plenar iclasında deyib.

O qeyd edib ki, əslində, vəkil sadəcə müdafiə etdiyi şəxsin günahsızlığını faktlarla sübut etməyə çalışmalıdır:

“Qəbul etmək lazımdır ki, Azərbaycan hüquqi dövlətdir. Burada qanunun aliliyi qorunur və tətbiq edilir. Kimliyindən asılı olmayaraq, hər kəsə münasibətdə bu belə olmalıdır”.

MƏLUMAT YENİLƏNİR