
İsrail ordusu Qəzzada təyin olunan mövqelərə geri çəkilmək prosesini tamamlayıb.
APA bu barədə İsrail mediasına istinadən xəbər verir.
Atəşkəsi qüvvəyə minib və İsrail-HAMAS əsir mübadiləsi 72 saat ərzində baş tutacaq.
***
12:43
İsrail ordusu günortaya qədər Qəzzadan geri çəkilmək prosesini tamamlamağı düşünür.
APA xəbər verir ki, bu barədə “The Times of Israel” məlumat yayıb.
***
10:43
İsrail ordusunu Qəzzadan çıxarmağa başlayıb.
APA xəbər verir ki, bu barədə “Əl-Ərəbiyyə” telekanalı məlumat yayıb.
Qeyd edək ki, İsrail hökumətinin Qəzzada atəşkəs planını təsdiqləməsindən sonra atəşkəs rejimi qüvvəyə minib.

