Milli valyutalarda hesablaşmalar MDB ölkələrinin iqtisadi suverenliyini gücləndirir – Putin

Baş səhifə

Düşənbə. Trend:

Hazırda MDB ölkələri arasında demək olar ki, bütün qarşılıqlı
hesablaşmalar milli valyutalarda aparılır.

Trend xəbər verir ki, bunu
Rusiya prezidenti Vladimir Putin Düşənbədə MDB Dövlət Başçıları
Şurasının məhdud tərkibdə keçirilən iclasında çıxışı zamanı
deyib.

“2025-ci ilin birinci yarısında MDB üzvləri arasında ticarət
əməliyyatlarında onların payı 96 faiz təşkil edib”, – o deyib.

Rusiya liderinin sözlərinə görə, Birlik ölkələrində xarici
təsirlərdən asılı olmayan dayanıqlı maliyyə infrastrukturu inkişaf
etdirilir. Putin qeyd edib ki, bu, region dövlətlərinin iqtisadi
suverenliyini gücləndirəcək və onların xarici amillərdən
asılılığını azaldacaq.




“Bu, digər ödəniş alətləri və valyutaların istifadəsindən imtina
etdiyimiz demək deyil – bu, sadəcə olaraq müstəqilliyimizi və
suverenliyimizi artırır. Bu, xüsusilə müasir dünyada özünü büruzə
verir”, – prezident vurğulayıb.

Putin həmçinin bildirib ki, Rusiyanın MDB ölkələri ilə ticarət
dövriyyəsi güclü artım nümayiş etdirməkdə davam edir. 2024-cü ildə
o, 7 faiz artaraq 112 milyard dollara çatıb.

“Onun strukturu yüksək əlavə dəyərli məhsullar seqmentinin
böyüməsi səbəbindən ardıcıl olaraq təkmilləşir. Bu bir faktdır:
ticarət dövriyyəmiz ildən-ilə yaxşılaşır”, – dövlət başçısı qeyd
edib.