Ramil Həsənin deputat mandatına xitam verilməsi ilə bağlı MSK-ya müraciət daxil olub

Baş səhifə
Ramil Həsənin deputat mandatına xitam verilməsi ilə bağlı MSK-ya müraciət daxil olub

Mərkəzi Seçki Komissiyası (MSK) deputat Ramil Həsənin mandatına xitam verilməsi ilə əlaqədar iclas keçirəcək.

Bu barədə “Report”un sorğusuna cavab olaraq, MSK-dan bildirilib.

Qeyd edilib ki, deputatın mandatına xitam verilməsi üçün MSK-ya müraciət olunub.

Məsələ ilə bağlı qərar MSK-nın yaxın günlərdə keçiriləcək iclasında veriləcək.