
Bakı. Trend:
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində
Dövlət Sosial Müdafiə Fondu tərəfindən Bakı, Sumqayıt şəhərləri və
Abşeron rayonu üzrə oktyabr ayının pensiyaları ödənilib.
Trend xəbər verir ki, bu barədə Nazirlik
məlumat yayıb.
Bildirilib ki, Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin
Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə
Fondu tərəfindən muxtar respublika üzrə bu ayın pensiya ödənişi
həyata keçirilib.
Respublikamızın digər bölgələri üzrə, habelə güzəştli şərtlərlə
pensiya hüququna malik şəxslərin oktyabr ayı üzrə pensiyaları da bu
ay qrafik üzrə ödəniləcək.

