Ramil Həsənin deputat mandatına xitam veriləcək

Baş səhifə

Bakı.Trend:

Milli Məclisin deputatı Ramil Həsənin deputat mandatına xitam
veriləcək.

Trend xəbər
verir ki, bu barədə o, parlamentin bugünkü iclasında bildirib.

Qeyd edək ki, Ramil Həsən iyul ayında Türk Dövlətləri Parlament
Assambleyasının (TÜRKPA) Qazaxstanın paytaxtı Astana şəhərində
keçirilən 14-cü plenar sessiyasında təşkilatın yeni Baş katibi
seçilib.




O, yeni vəzifəyə seçilməsi ilə əlaqədar vəzifəsini tərk
edəcəyini bildirib.

Milli Məclisin spikeri Sahibə Qafarova ona fəaliyyətində uğurlar
arzulayıb.