Milli Məclisin deputatı Ramil Həsən yaxın günlərdə Məskəzi Seçki Komissiyasının onun mandatına xitam verəcəyini deyib.
“Report”a bununla bağlı açıqlama verən deputat qeyd edib ki, buna səbəb TÜRK PA-nın baş katibi seçilməsidir.
“15 oktyabrdan etibarən Türk Dövlətləri Parlament Assambleyasının Baş Katibi olaraq Beynəlxalq Təşkilatda vəzifəmin icrasına başlayacağam. Qanuna uyğun olaraq Deputat Mandatıma MSK tərəfəndən yaxın günlərdə xitam veriləcək. 5 Dövlətin Parlamentini birləşdirən beynəlxalq təşkilata, diplomatik korpusa rəhbərlik edəcəyim üçün başqa vəzifələr daşıya bilmərəm. Çünki bütün ölkələrin parlamentlərini birləşdirən TÜKR PA Baş Katibi kimi ortaq təmsilçi olaraq fəaliyyət göstərməliyəm”, – o deyib.
Ən son xəbərləri bizim “Facebook” səhifəmizdə izləyin

