
Bakı. Trend:
Milli Məclisin payız sessiyasının növbəti plenar iclası
başlayıb.
Trend xəbər
verir ki, iclasın gündəliyinə aşağıdakı 13 məsələ daxil edilib:
1. Azərbaycan Respublikası Konstitusiyasının 30 illiyi
(1995-2025)” Azərbaycan Respublikasının yubiley medalının təsis
edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və
medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının
Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası
qanununun layihəsi.
2. “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının
müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamənin təsdiq edilməsi
barədə” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi
haqqında” Azərbaycan Respublikasının 2024-cü il 27 dekabr tarixli
113-VIIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan
Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası qanununun layihəsi.
3. “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının
Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası
qanununun layihəsi.
4. “Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında”
Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası qanununun layihəsi.
5. “Dövlət xidmətləri haqqında” Azərbaycan Respublikası
qanununun layihəsi (birinci oxunuş).
6. “Azərbaycan Respublikasının daxili qoşunları haqqında”
Azərbaycan Respublikası qanununun layihəsi (birinci
oxunuş).
7. “Enerji resurslarından səmərəli istifadə və enerji
effektivliyi haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun
layihəsi (birinci oxunuş).
8. “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının
Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası
qanununun layihəsi (birinci oxunuş).
9. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində,
Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində,
Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində və “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan
Respublikası qanununun layihəsi (birinci
oxunuş).
10. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun
layihəsi (birinci oxunuş).
11. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik
edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi
(birinci oxunuş).
12. “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının
Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası
qanununun layihəsi (ikinci oxunuş).
13. Azərbaycan Respublikasının Vergi Məcəlləsində və “Gömrük
tarifi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik
edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi
(ikinci oxunuş).

