Rusiyanın Ukraynaya hücumunda bir azyaşlı ölüb, 20 nəfər yaralanıb

Baş səhifə

Rusiyanın Ukraynaya hücumunda bir azyaşlı ölüb, 20 nəfər xəsarət alıb.

APA xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski özünün “X” hesabında məlumat verib.

Onun sözlərinə görə, ötən gecə Ukraynaya edilən hücumda 450-dən çox dron və 30-dan çox raket istifadə olunub.

Paytaxt Kiyev də daxil olmaqla, Donetsk, Xarkov, Sumı, Poltava, Odessa, Dnepr və digər bölgələrdə elektrik enerjisində kəsintilər müşahidə edilib.

Zelenski ABŞ və Avropanı Ukraynaya daha çox havadan müdafiə sistemləri verməyə çağırıb.