Ötən gün 40 azərbaycanlı Almaniyadan geri qaytarılıb

Baş səhifə
Ötən gün 40 azərbaycanlı Almaniyadan geri qaytarılıb

Azərbaycan vətəndaşı olan 40 nəfər oktyabrın 9-da Almaniyadan geri qəbul edilib.

Bu barədə “Report”a Dövlət Miqrasiya Xidmətindən (DMX) məlumat verilib.

Bildirilib ki, proses “Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” Saziş çərçivəsində baş tutub.