
Bakı. Trend:
Naxçıvanda xaricə qanunsuz miqrasiya vədi ilə dələduzluq edən
şəxs saxlanılıb.
Trend
xəbər verir ki, Sədərək Rayon Polis Şöbəsinin əməkdaşları
tərəfindən keçirilən tədbirlərlə 33 yaşlı Vüsal Quliyev məsuliyyətə
cəlb edilib.
Aparılan araşdırmalarla müəyyən edilib ki, həmin şəxs bir
vətəndaşı xarici ölkə ərazisinə qanunsuz yolla keçirəcəyini vəd
etməklə, ona qarşı dələduzluq törədib və 1 800 ABŞ dolları
məbləğində pul vəsaitini ələ keçirib.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam
etdirilir.

