Bakı. Trend:
“Nyukasl”ın yarımmüdafiəçisi Sandro Tonali ölkəsinə qayıda
bilər.
Trend xəbər verir ki, “Yuventus” italiyalı futbolçunu transfer etmək istəyir. Bu barədə “Fichajes” nəşri məlumat yayıb.
A Seriyası nəhəngi Tonali üçün İngiltərə klubu ilə danışıqlara
başlamağı planlaşdırır. 25 yaşlı orta xətt oyunçusu özü vətəninə
qayıtmağa isti yanaşır.
Qeyd edək ki, “Nyukasl” Sandro Tonalini 2023-cü ilin yayında “Milan”dan 59 milyon avroya transfer edib. İtaliya millisinin üzvü
bu mövsüm Premyer Liqa təmsilçisin heyətində meydana çıxdığı 9
rəsmi matçda 2 qol ötürməsi ilə yadda qalıb.

