Süni intellektlə yeni viruslar yaradıldı

Baş səhifə

Stanford Universitetinin alimləri süni intellektdən istifadə edərək bakteriyaları məhv edə bilən tamamilə yeni viruslar yaradıblar.

Metbuat.az xəbər verir ki, tədqiqatçılar təhlükəsizlik məqsədilə yalnız insanlara zərərsiz viruslarla işləsələr də, nəticələr AI-nin biotexnologiyada nə qədər güclü təsirə malik olduğunu göstərib.

Bununla yanaşı, “Microsoft”un apardığı araşdırma süni intellekt sistemlərinin biotəhlükəsizlik filtrlərini asanlıqla keçə bildiyini ortaya qoyub. Mütəxəssislər xəbərdarlıq edirlər ki, bu inkişaf gələcəkdə bioloji silah və ya təhlükəli orqanizmlərin yaradılması riskini artıra bilər.

Qeyd edək ki, alimlər hökumətləri süni intellektlə bağlı biotəhlükəsizlik qaydalarını sərtləşdirməyə çağırırlar.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.